AZ

"İmişli" iki futbolçusu ilə yollarını ayırdı

Azərbaycan 1-ci Liqasında mübarizə aparan "İmişli" klubunda iki ayrılıq baş tutub.

2014-2016-cı illərdə “Qarabağ”da forma geyinmiş müdafiəçi Tərlan Quliyev 1-ci Liqa təmsilçisi “İmişli”dən ayrılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Quliyevlə yanaşı, hücumçu Bahadur Həziyevlə də vidalaşıb. Tərlan Quliyev kimi, Bahadur Həziyevin də Premyer Liqa təcrübəsi var

Seçilən
25
3
operativmedia.az

5Mənbələr