AZ

Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? -İki xəstəliyin oxşar və fərqli əlamətləri

Bakı. Trend:

Yaxın zamanlarda ölkədə meymunçiçəyinə ilk yoluxma faktı qeydəalındı. Hələ adını eşidəndə hamının ağlına ilk olaraq suçiçəyigəlirdi. Adları bir-birinə bu qədər oxşar olan xəstəliklər arasındabənzərlik nə qədərdi? Suçiçəyi üçün vurulan peyvəndlərmeymunçiçəyindən də qoruyurmı?

Mövzu ilə bağlı Trend-ə danışan İnfeksion Xəstəlikləri və KlinikMikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildiribki, suçiçəyi və meymunçiçəyi xəstəlikləri xəstəliyin klinikası vəadı bənzəsə də, müxtəlif viruslar tərəfindən törədilir.

“Suçiçəyi xəstəliyi varisella virusudur, yəni, bu virustərəfindən törədilir. Amma meymunçiçəyi dediyimiz xəstəlik Mpoksvirusudur. Bu, bildiyimiz çiçək virusuna qohum bir virusdur.Bənzərliyi budur ki, səpkilər törədir. Suçiçəyindən fərqli olaraqsəpkilər daha da iri olur. Eyni zamanda bu səpkilər daha çox üz vəətraflarda görülür. Amma suçiçəyi zamanı səpkilər bədənin hər biryerində yaranır və yüksək qızdırma, qaşıntı, əzələ ağrıları ilədavam edir. Limfa düyünlərinin şişməsi isə daha çox meymunçiçəyivirusuna xarakterikdir”, - o əlavə edib.

Həkim vurğulayıb ki, bu iki xəstəliyin diaqnostikası da tamfərqlidir:

“Suçiçəyi virusunun diaqnostikası qan analizi ilə, eyni zamandasəpkilərdən yaxma götürülməsi ilə qoyula bilər. Amma meymunçiçəyivirusunun diaqnostikası həmin şəxsin virusa yoluxanların olduğu birölkəyə səfəri, eyni zamanda virusa yoluxmuş adamın təmasda olduğuinsanın bədənində hər hansı səpkilərin olması ilə aparılır.

Bu virus heyvanlardan da insanlara keçə bilər. Xüsusilə dəmeymunlardan, sincablardan, siçovullardan və siçanlardan. Xəstəlikyüksək hərarət ilə başlayır. İnkubasiya dönəmi 6-13 gündür.Təxminən suçiçəyində də bu inkubasiya dönəmi xarakterikdir. Ammasəpkilərin fərqli olması bu xəstəliklərin fərqləndirilməsində bizəmüəyyən qədər yol göstərir. Meymunçiçəyində qan analizi ilə diaqnozqoyulmur, səpkilərdən alınan yaxmada Mpoks virusunun DNT-sinintəsdiqi ilə diaqnoz qoyulur”.

“Bu iki virusun müalicələri də çox fərqlidir. Bu viruslarsimptomatik müalicə ilə sağala bilər, amma ehtiyac halında istifadəolunan virusəleyhinə dərman vasitələri hər virusda fərqli olur.Suçiçəyi bizdə daim görülən bir xəstəlikdir. Bu bütün ölkələrdə vəbütün mövsüm ərzində görülür. Amma Mpoks virusu 2022-ci ildənyenidən gündəmə gəlib. Daha çox Afrikada və bu ölkələrdən sonraAvropada da görülür. Suçiçəyindən fərqli olaraq meymunçiçəyi lokalbölgələrdə olur”,- deyə həkim əlavə edib.

Trend-ə danışan İnfeksionist MərdanƏliyev isə suçiçəyi ilə meymunçiçəyi arasındakı fərqləri,eyni zamanda suçiçəyi peyvəndinin meymunçiçəyinə olan təsirinidiqqətə çatdırıb.

O bildirib ki, meymunçiçəyi və suçiçəyi xəstəliklərinin bir-biriilə heç bir əlaqəsi yoxdur:

“Onlar oxşar xəstəliklər deyillər. Sadəcə olaraq onlarınadlarında olan çiçək sözünə görə, oxşar olduqları düşünülür. Ammabu belə deyil. Onların hər ikisinin adlarına “çiçək” sözünün əlavəedilməsinin səbəbi dəridə səpkilərin olmasıdır. Hər ikisi tamamiləfərqli xəstəliklərdir. Meymunçiçəyi xəstəliyi poksviruslar ailəsinədaxildir və ingilis dilində "monkeypox" adlanır. Suçiçəyi xəstəliyiisə daha mülayim gedişə malik olan herpes viruslar qrupunadaxildir. Herpes viruslar qrupu çox geniş yayılıb. Suçiçəyiağırlaşması olmayan, yüngül gedişatlı bir xəstəlikdir. Uşaqlar vəyaşlılar bu xəstəliyə qarşı daha həssas olurlar. Bu xəstəliyə birdəfə yoluxmaq olur və əbədi immunitet yaranır”.

Həkim qeyd edib ki, meymunçiçəyi xəstəliyi suçiçəyi iləmüqayisədə daha ağır gedişli bir xəstəlikdir.

“Bu xəstəlik zamanı intaksikasiya əlamətləri ön planda olur.Suçiçəyi xəstəliyi hava-damcı yolu ilə yoluxan xəstəlikdir.Meymunçiçəyi xəstəliyi isə təmas yolu ilə yoluxur. Əsasən dəyoluxma cinsi yolla olur. Dəridə olan sağalan yaraların sağlamdəriyə dəyməsi ilə bu xəstəlik yayılır. Bu iki xəstəlik tamamiləbaşqa bir virus, başqa bir xəstəlik olduqları üçün suçiçəyinə qarşıvurulan peyvənd meymunçiçəyi xəstəliyindən qorumur”, deyə o əlavəedib.

Seçilən
27
28
az.trend.az

10Mənbələr