Rusiyanın Xalq artisti Alla Puqaçova və Maksim Qalkin Kiprdən ayrılıb oradakı dəbdəbəli evlərini tərk etməyi düşünürlər.
Söz.az xəbər verir ki, bu barədə NTV məlumat yayəb.
Mənbələrin məlumatına görə, bu qərar 75 yaşlı müğənninin səhhətinin pisləşməsi ilə bağlıdır.
Bildirilib ki, Kiprin həddindən artıq isti iqlimi müğənniyə mənfi təsir göstərib. Alla Puqaçova bunun onun üçün sonuncu yaşayış yeri dəyişikliyi olacağı ümidi ilə Böyük Britaniyaya köçməyi planlaşdırır.
Xatırladaq ki, 2022-ci ildə Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyadan İsrailə gedib. Sənətçiləri həmçinin əmlaka sahib olduqları Latviya və Kiprdə də görüblər.