Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək. Nazir səfər çərçivəsində Türkiyənin Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi və Qəzzada daimi atəşkəsin təmin edilməsi ilə bağlı mövqeyini həmsöhbətlərinə çatdıracaq.
Diplomatik mənbələrin yaydığı məlumatda bildirilib ki, Hakan Fidanın səfər çərçivəsində keçirəcəyi görüşlərdə iki ölkə arasındakı siyasi əlaqələrin hər keçən gün daha da gücləndiyini vurğulaması gözlənilir.
Hakan Fidanın həmçinin Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının ikitərəfli əməkdaşlığın dərinləşməsinə və yeni əməkdaşlıq sahələrinin kəşfinə zəmin yaradan mühüm mexanizm hesab edildiyini qeyd edəcəyi və beynəlxalq ictimaiyyətin Suriyanın yeni administrasiya ilə daha çox əlaqə yaratdığını vurğulaması nəzərdə tutulur.