AZ

AZAL-ın təyyarə qəzası Moskvada MÜZAKİRƏ OLUNDU

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, – nazirlikdən bildirilib.

Seçilən
23
7
medianews.az

10Mənbələr