Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” (AKM) ictimai təşkilatı məlumat yayıb.
Cinayət işi Ukrayna Milli Antikorrupsiya Bürosunda açılıb.
Bildirilib ki, nazir Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə ittiham olunur.
Mənbənin sözlərinə görə, Umerov qeyri-qanuni olaraq müdafiə satınalmaları agentliyinin direktoru Marina Bezrukova ilə müqaviləni yeniləməkdən imtina edib, həmçinin Müşahidə Şurasının iki üzvünü işdən çıxarıb.