AZ

“Coca-Cola” təhlükəsizlik baxımından içkiləri geri çağırır

Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC) “Coca-Cola Europacific Partners Belgium” tərəfindən istehsal edilən bir neçə məhsulu həddindən artıq xlorat səviyyəsinə görə geri çağırmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, FASFC-nin açıqlamasında, istehsal kodları 328 GE-338 GE arasında olan “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse Tea”, “Nalu”, “Minute Maid”, “Tropico” və “Royal Bliss” markalarına aid qutularda və şüşə butulkalarda olan içkilər, eləcə də müxtəlif növ bu kimi məhsullar geri çağırılıb.

Açıqlamada istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi bildirilib.

Belçika mətbuatının yazdığına görə, geri çağırılan “Coca-Cola” məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunur.

Məhsullar Belçika ilə yanaşı, Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.

Xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrdən istifadə etməklə istehsal olunur.

Seçilən
15
ikisahil.az

1Mənbələr