AZ

Məşhur avtomobil brendi 9 min işçisini ixtisar edəcək

Dünyanın məşhur avtomobil istehsalçılarından olan "Nissan" kütləvi işçi ixtisarlarına start verməyi planlaşdırır.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, avtokonsern dünya miqyasında təxminən 9 min nəfərlik işçi heyətini azaltmağı nəzərdə tutur.

Şirkət rəhbərliyinin əsas məqsədi isə əməliyyat xərclərini minimuma endirməkdir.

Bildirilir ki, “Nissan” brendi ciddi maliyyə çətinlikləri ilə üzləşən zaman sonuncu dəfə 2024-cü ilin noyabrında böhranlı bir dövr keçirmişdi. O vaxt şirkət cari maliyyə ilinin ilk altı ayında xalis gəlirinin 94 faiz azalması barədə açıqlama vermişdi.

Şirkət rəsmiləri, ixtisarların qaçılmaz olduğunu vurğulayaraq, bu addımın maliyyə dayanıqlığını qorumaq üçün mühüm olduğunu qeyd edirlər.

Seçilən
1
3
olke.az

3Mənbələr