Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarovu saxlayıb. Saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Mətləb