Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Xəstəxanada İT mütəxəssisi işləyən və həyat yoldaşından bir müddət əvvəl boşanan qadının qızlarından birini zərdabla, digər qızını tapança ilə güllələyərək öldürdüyü, daha sonra isə eyni silahla intihar etdiyi müəyyən edilib. 11 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən atəş səslərini eşidən yaxınlıqdakı insanlar vəziyyəti polisə bildiriblər.
Evə gedən polis qrupları həyat yoldaşından boşanan 35 yaşlı S.K.-ni, 14 yaşlı qızı A. və 8 yaşlı qızı N.Y.-ni yerdə hərəkətsiz vəziyyətdə tapıb. Hadisə yerinə çağırılan sağlamlıq qrupları ana və qızı A.-nın öldüyünü müəyyən edib. Təcili yardımla Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına aparılan 8 yaşlı N.-nin həyatını xilas etmək mümkün olmayıb və həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Araşdırma zamanı müəyyən edilib ki, qadın 8 yaşlı qızı N.-ya vurduğu sistemin içinə dərman qataraq öldürüb, daha sonra isə 14 yaşlı qızı A.-ya tapança ilə atəş açıb. Bildirilib ki, hadisənin təfərrüatlarına hərtərəfli araşdırmalardan sonra aydınlıq gələcək. Müayinədən sonra meyitlər Şanlıurfaya qaytarılıb.