“Mən sərhəddəki vəziyyəti nisbətən sabit qiymətləndirirəm”.
Modern.az xəbər verir ki, bunu Yerablur Hərbi Panteonunda Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə deyib.
Erməni general bildirib ki, sərhəd rayonlarında Azərbaycan hərbi birləşmələrinin təhklükəli davranışları müşahidə edilmir, nisbi sabitlik qorunur.
“Azərbaycan müdafiə nazirinin döyüşkən bəyanatları həmişə bizi narahat edir, lakin əməliyyat qiymətləndirməsində bunlar kiçik bir hissəni təşkil edir.
Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik, qarşımıza qoyulan vəzifəni yerinə yetiririk, sülh, demarkasiya yolu ilə gedirik, siyasi rəhbərliklə silahlı qüvvələri inkişaf etdiməyə davam edirik”, - Edvard Asryan bildirib.