AZ

Fermerlərə əkin subsidiyaları ilə bağlı şad xəbər

Fermerlər əkin subsidiyası almaları üçün 10 HA sahədə əkilmiş arpa, buğda, çəltik və s. əkimlərini sığortalamalıdırlar.

Həftəlik.az “Xəzər TV” yə istinadən xəbər verir ki, bu məlumat Aqrar subsidiya şurasının kənd təsərrüfatı fəaliyyatının stimullaşdırılması məqsədilə elan etdiyi qərarda öz əksini tapıb.

Yeni qərara əsasən, dənli bitkilərə görə məcburi sığorta haqqı müəyyənləşdirilib.

Kənd təsərrüfatı rəsmisi Vüqar Hüseynov bir sıra yeniliklərdən danışarkən bildirib ki, yeni məhsul subsidiyası müəyyənləşdirilib:

“Belə ki, əgər əkinlər müasir suvarma sulama sistemi ilə təmin olunubsa becərilən və məntəqələrə təhvil verilən şəkər çuğundurunun hər tonuna görə 19 manat deyil, artıq 22 manat subsidiya alacaq. Həmçinin fermerlər intensiv bağların salınmasında birdəfəlik subsidiya almaq üçün mütləq sığortadan istifadə etməlidirlər”.

V.Hüseynovun sözlərinə görə, bunlardan başqa müasir iqlim stansiyalarının quraşdırılması da planlaşdırılıb. Bu stansiyaların inşasından sonra hava şəraitini qabaqcadan təyin etmək mümkün olacaq. Bu da məhsula dəyəcək ziyanı minimuma endirməyə imkan yaradacaq.

 

Seçilən
8
13
heftelik.az

10Mənbələr