Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.
Editor.az “Report”a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.