2025-ci il Afrika Millətlər Kubokunun əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
QOL.az xəbər verir ki, tədbir Mərakeşin Rabat şəhərində təşkil olunub.
Püşkatma nəticəsində 24 milli hər birində 4 komanda olmaqla 6 qrupa bölünüb.
Qrupların tərkibi belədir:
A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları
B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve;
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;
D qrupu: Seneqal, Konq, Benin, Botsvana;
E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan;
F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.
Xatırladaq ki, turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək. Yarışın son çempionu Kot-d'İvuardır.