AZ

Türkiyə ilə anlaşmadan sonra tələb etdilər - “Ölkəmizdən çıxın”

Suriyanın yeni rəhbərliyi terrorla mübarizə başda olmaq üzrə bir çox mövzuda Türkiyə ilə razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.

“Vacib şərtlərdən birinin Suriyanın ərazi bütövlüyü olduğunu bildirən administrasiya SDQ/YPG/PYD və İŞİD terror təşkilatlarının ləğv edilməsini və bu strukturların liderlərinin Suriyanı tərk etmələrini tələb edib. İŞİD-in dirçəlməsinin qarşısını almaq üçün Suriya Milli Ordusunun gücləndirilməsinə ehtiyac olduğu deyilərkən, ərazi bütövlüyünü təmin etmək üçün silahlı qrupların əllərindəki bütün silahları orduya təhvil verməli olduqları da vurğulanıb”, - məlumatda qeyd olunur.

AKP rəsmisi nəşrə bildirib ki, Suriya rəhbərliyi ölkədəki ayrı-ayrı silahlı qrupların ləğvi məsələsində Ankara ilə həmrəydir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr