Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Qərb Rusiya iqtisadiyyatına zərər vurmağa davam edəcək. Lakin onlar ölkəni bu sahədə təcrid etməyə nail olmayacaqlar.
“Rusiya siyasi, informasiya və ya iqtisadi mənada təcrid oluna bilməz”, – Narışkin vurğulayıb.
SVR direktoru qeyd edib ki, Qlobal Cənub ölkələri və qlobal əksəriyyət beynəlxalq ticarəti inkişaf etdirməkdə və Rusiya ilə ticarət əməliyyatlarını davam etdirməkdə maraqlıdır.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban bundan əvvəl demişdi ki, ölkəsi Avropa İttifaqının(Aİ) Rusiyaya qarşı sanksiyaları səbəbindən artıq 19 milyard avro itirib.
Tural