Ukrayna yenidən kütləvi hücuma məruz qalıb
Bu gün gecə saatlarında Ukraynanın hərbi və enerji obyektlərinə kütləvi hücum edilib. Bu barədə “Şot” öz “Telegram” kanalında məlumat verib.
Reyting.az bildirir ki, Kiyev, Krivoy Roq, Sumı və Dnepropetrovsk vilayətlərində partlayışlar qeydə alınıb. Kiyev vilayətindəki Vasilkov aerodromunda isə partlayışla yanaşı yanğın da baş verib.
Çerkassı vilayətinin Uman şəhərində hücumdan sonra elektrik enerjisi kəsilib. Bu məlumatı sonradan şəhər rəhbəri də təsdiqləyib.
Odessada yerli aerodromdan da partlayışlar barədə xəbərlər gəlib.