AZ

Bermud üçbucağı – İtmiş gəmi və təyyarələrin sirli tarixi

Bermud üçbucağı, Atlantik okeanında Florida, Bermud adaları və Puerto-Riko arasında yerləşən geniş ərazidir. Əfsanələrə görə, burada yüzlərlə gəmi və təyyarə müəmmalı şəkildə yoxa çıxıb.

AzPost Bermud üçbucağı ilə bağlı maraqlı faktları təqdim edir:

Batmış gəmilər

2023-cü ildə dəniz arxeoloqlarının araşdırmalarına görə, 1526-1976-cı illər arasında Baham adalarında, Bermud üçbucağında 176 gəmi batıb. Bu gəmilər arasında 77-si Amerika, 36-sı Britaniya, 19-u İspaniyaya aid gəmi olub.

Qalan gəmilərin mənşəyi isə hələ də öyrənilir. Onlar müxtəlif yüklər, o cümlədən qızıl, şəkər, pambıq, tütün və afrikalı qulları daşıyırdı.

Əksər gəmi qəzaları 19-cu əsrə təsadüf edir (145 gəmi). 17-18-ci əsrlərdə 10, 16-cı əsrdə isə cəmi 3 gəmi batıb.

Məşhur hadisələr

Celeste: 1819-cu ildə qul daşıyan bu gəmi Bermud üçbucağında itib.

Crescent City: 1855-ci ildə 100 min dollarlıq yük və sərnişinlərlə birlikdə yoxa çıxıb.

Bermudda bəzi gəmilər suyun dibinə batmasa da, sirli şəkildə tərk edilmiş vəziyyətdə tapılıb. Məsələn, 1944-cü ildə ABŞ hərbçiləri “Rubicon” adlı gəmini heyətsiz şəkildə, lakin əla vəziyyətdə aşkar ediblət.

İtən təyyarələr

Ən məşhur hadisə 1945-ci ildə “Reys 19” adlı Amerika təyyarələri eskadronunun yoxa çıxmasıdır. Beş təyyarə təlim uçuşunda radardan itib. Sonradan onları xilas etməyə göndərilən hidroplan da müəmmalı şəkildə yoxa çıxıb.

1950-1980-ci illər arasında Bermud üçbucağında 25-dən çox kiçik təyyarə yox olub. Ümumilikdə isə, bölgədə 75 təyyarə qəzası qeydə alınıb

Elmi açıqlamalar

Bermud üçbucağında baş verən hadisələrin böyük hissəsi elm adamları tərəfindən təbii və rasional səbəblərlə izah edilir:

Güclü qasırğalar: Bölgə Atlantik okeanının qasırğa yollarında yerləşir.

Dalğalar: 30 metrə qədər yüksələ bilən bu nəhəng dalğalar gəmilər üçün ölümcül təhlükə yaradır.

Metan qazı ehtiyatları: Suyun sıxlığını azaldaraq gəmilərin sürətlə batmasına səbəb olur.

İnsan səhvləri: Naviqasiya avadanlıqlarının nasazlığı və pilotların səhvləri də itmələrin əsas səbəblərindəndir.

Bermud üçbucağında son böyük insident 2017-ci ildə şəxsi təyyarənin qəzaya uğraması olub.

2023-cü ildə məlum olub ki, Bermud üçbucağı artıq dünyanın ən təhlükəli bölgələri siyahısına daxil edilmir. Ən təhlükəli ərazi isə Mərcan üçbucağıdır.

Bermud üçbucağı ilə bağlı miflər daha çox sensasiyalı xəbərlərin nəticəsidir. Statistikalar göstərir ki, bu bölgədəki qəzalar digər su ərazilərindən fərqlənmir. ABŞ Sahil Mühafizəsi də Bermud üçbucağını xüsusi təhlükəli zona kimi tanımır. Elm adamlarının araşdırmaları bu bölgənin “mistik sirrini” praktiki olaraq tamamilə aradan qaldırıb.

Seçilən
7
23
azpost.info

10Mənbələr