AZ

Danimarka və NATO Trampın təhdidlərinə cavab verməmək barədə razılığa gəliblər

Aİ və NATO Qrenlandiya ilə bağlı məsələdə susmağa üstünlük veririlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Britaniya qəzeti yazır ki, Danimarka əsas müttəfiqlərindən ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verməkdən çəkinməyi xahiş edib.

Danimarka Trampla ictimai müstəvidə qarşıdurmadan qaçmaq qərarına gəlib. FT mənbələri qərarın Aİ və NATO ilə koordinasiya əsasında verildiyini bildirib. Mənbələrdən biri qeyd edib ki, Kopenhagenin alternativ yanaşması yoxdur.

Qəzetin yazdığına görə, Danimarka və Avropa rəsmiləri ABŞ prezidentinin Qrenlandiya ilə bağlı iddialarının bu ərazidə təsirini artırmaq taktikası olduğuna ümid edirdilər. FT-nin yazdığı kimi, onun əhəmiyyəti Rusiya və Çinin Arktikada təsirlərini artırmaq istəyi fonunda artıb. Lakin son günlər Avropa rəsmiləri vəziyyətə “daha ​​ciddi” yanaşmaq lazım olduğunu başa düşüblər.

Seçilən
3
2
ikisahil.az

6Mənbələr