PSJ-nin ən yaxın izləyicisi “Marsel” ortabablardan “Strasbur”la ev oyununda büdrədi. İlk yarının gedişindən narazı qalan cənubluların baş məşqçisi Roberto De Zerbi fasilədə iki dəyişikliyə əl atdı. Bundan sonra daha aqressiv oynamağa başlayan meydan sahibləri hissənin ortalarında penalti qazandı. “Nöqtə”yə yaxınlaşan Qrinvud cari mövsümdəki 12-ci qolunu vurmaqla hesabı bərabərləşdirdi. Oyunda başqa qol olmadı.
Autsayder “Monpelye”nin qonağı olan “Monako” gözlənilmədən uduzdu. 32-ci dəqiqədə hesabı açan “knyazlar” bununla işini bitmiş saydı. Amma “Monpelye”nin iordaniyalı yarımmüdafiəçisi Əl-Tamari 2-ci hissədə dubl etməklə qonaqları şoka saldı. Onlar bu məğlubiyyət üzündən 3-cü yeri də əldən verdi. Həmin pillədə artıq “Lill” qərarlaşıb. “Şimallı itlər” evdə “Nitsa” üzərində əzmkar qələbə qazandı.
Turun qalan oyunlarına gəlincə, cari mövsümdə ilk dəfə heç-heçə edən “Havr” sonuncudan əvvəlki pillədə qərarlaşıb. “Renn” evdə “Brest”ə 1:2 hesabıyla uduzdu. “Lion”la “Tuluza” bir-birinin qapısına yol tapa bilmədi. “Sent-Etyen” – “Nant” oyununda məhsuldar heç-heçə qeydə alındı. Nəhayət, “Anje” evdə “Oser”i iki cavabsız qolla məğlub etdi.
18-ci tur
Lans – PSJ 1:2
Nzola, 36 – Ruis, 59. Barkola, 86. (38120)
PSJ: Donnarumma, L.Ernandes (Neveş, 60), Beraldo, Paço, Mendeş, Zair-Emeri, Vitinya, Ruis, Li Kan İn (Ramuş, 60), Due (Mayulu, 88), Barkola.
Monpelye – Monako 2:1
Əl-Tamari, 55; 82 – Kerer, 32. (11371)
Monako: Mayetski, Teze (Vanderson, 61), Kerer, Salisu, Uattara (Enrike, 61), Maqassa, Kamara, Akliuş (Mişel, 61/Qolovin, 81), Minamino, Ben Seqir (Embolo, 77), Biret.
Marsel – Strasbur 1:1
Qrinvud, 68-p. – Emeqha, 23. (61000)
Marsel: Rulyi, Balerdi, Brasye, Kornelius (Lirola, 46), Enrike, Nadir (Rou, 61), Heybyerq, U.Qarsiya (Merlen, 61), Qrinvud, Rabyo, Mope (Vas, 46).
Lill – Nitsa 2:1
Haraldsson, 48. Dyakite, 63 – Diop, 29. (38325)
Renn – Brest 1:2
Blyas, 77 – Manyetti, 27. Ajork, 73. (28238)
Lion – Tuluza 0:0
(42750)
Sent-Etyen – Nant 1:1
Boakye, 87 – Simon, 14. (14094)
Reyms – Havr 1:1
Munetsi, 26 – Sanqante, 67. (11278)
Anje – Oser 2:0
Dyomande, 18-öz qapısına. Lepol, 47. (10000)
1. PSJ 18 14 4 0 48-16 46
2. Marsel 18 11 4 3 40-21 37
3. Lill 18 8 8 2 28-17 32
4. Monako 18 9 4 5 29-20 31
5. Nitsa 18 8 6 4 36-25 30
6. Lion 18 8 5 5 29-22 29
7. Lans 18 7 6 5 22-18 27
8. Tuluza 18 7 4 7 19-19 25
9. Brest 18 8 1 9 28-31 25
10. Strasbur 18 6 6 6 31-30 24
11. Oser 18 6 4 8 24-28 22
12. Anje 18 6 4 8 21-27 22
13. Reyms 18 5 6 7 24-26 21
14. Renn 18 5 2 11 24-27 17
15. Nant 18 3 8 7 21-28 17
16. Sent-Etyen 18 5 2 11 17-38 17
17. Havr 18 4 1 13 14-37 13
18. Monpelye 18 3 3 12 18-43 12
Bombardirlər: Qrinvud (Marsel) - 12, Devid (Lill), Barkola (PSJ) - 11, Dembele (PSJ) – 10.
Turun rəqəmi
3 – Robinio Vas “Marsel”in cari mövsümdə meydana çıxan 3-cü 2007 doğumlu futbolçusudu. De Zerbi artıq Entso Sternal ilə Darril Bakolanın da xidmətindən yararlanıb. “Böyük beşlik”lə “Barselona” ilə “Marsel”dən başqa bu qədər 2007 doğumlu futbolçunun əməyindən yararlanan başqa klub yoxdu.
Turun ulduzu
Musa Əl-Tamari (Monpelye) – iordaniyalı yarımmüdafiəçi cari mövsümdə qol hesabını dublla açdı. Aşkar autsayderin “Monako” üzərindəki qələbəsinin əsas səbəbkarı oldu.
Turun sitatı
Liam Rosenyor, “Strasbur”un baş məşqçisi:
“İlk yarını yüksək səviyyədə keçirdik. Hesab 1:0 olanda topa daha yaxşı nəzarət etməliydik. “Marsel”lə açıq oynamağa başladınsa, rəqib səni cəzalandıracaq”.
Fakt
“Sent-Etyen” “Nant”la oyunda topa nəzarət baxımından 74,9 faizlik üstünlük qazandı ki, bu da “Opta”nın müvafiq statistikanı hesablamağa başladığı 2006/07 mövsümündən bəri bu komandanın ən yüksək göstəricisidi. Elə 740 ötürmədən 653-nün dəqiq olması da klub rekordudu.