ABŞ prezidenti Donald Tramp "TikTok" haqqında bir çox investorla görüşdüyünü və tətbiqin böyük şirkətlərin marağına səbəb olduğunu bildirib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp “Microsoft”-un "TikTok"-u almaq üçün şirkətlə danışıqlar apardığını və təklif hazırladığını açıqlayıb.
Tramp, tətbiqə olan maraq nəticəsində "TikTok"-un satış tenderində iştirak edən çox sayda investor və ya şirkət olacağını bildirib.
O, tenderi "təklif müharibəsi" adlandırıb.
Tramp Çinin bu mərhələyə daxil olmasını istəmədiklərini vurğulayıb.