AZ

Britaniya donanmanması BAE Systems-dən 355 milyonluq silah alacaq

Böyük Britaniya hökuməti müdafiə şirkəti "BAE Systems" ilə Kral Donanmasının döyüş sistemlərinin təkmilləşdirilməsi üçün 355,57 milyon dollarlıq müqavilə imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

"Bu, döyüş gəmilərinin döyüş sistemlərini gücləndirəcək və onların döyüş zamanı təhdidləri izləmək, təhlil etmək və onlara cavab vermək qabiliyyətini artıracaq", deyə məlumatda bildirilir.

Keçən həftə Böyük Britaniyanın Müdafiə Nazirliyi "Rolls Royce" ilə sualtı qayıqlar üçün nüvə reaktorlarının layihələndirilməsi və istehsalı üçün səkkiz illik 11 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Müdafiə naziri Con Hili vurğulayıb ki, şirkətlə əməkdaşlıq Kral Hərbi Dəniz Qüvvələrinin və milli təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Yanvarın 22-də Britaniyada Amerikanın Rekonfiqurasiya edilə bilən İnteqrasiya Edilmiş Silah Platforması döyüş stansiyası ilə təchiz edilmiş yeni hava hücumundan müdafiə sisteminin nümayiş etdirildiyi bildirilib.

Poliqon.info

Seçilən
5
2
poliqon.info

6Mənbələr