AZ

Aİ Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişi ləğv edib

Avropa İttifaqı Gürcüstandan olan rəsmilər və diplomatlar üçün viza rejimini bərpa edib. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa Şurasının qərarını açıqlayıb.

“Biz bu gün Gürcüstanı da qısaca müzakirə etdik. Yekdilliklə Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişi aradan qaldırdıq”, - diplomat bildirib.

Bundan əlavə, Kallas qeyd edib ki, Aİ-nin Gürcüstan hökumətinə dəstək üçün göndərdiyi vəsait qeyri-hökumət təşkilatlarına köçürüləcək.

Avropa Şurası da mətbuata açıqlamasında rəsmilər və diplomatlar üçün vizasız rejimin dayandırılması qərarını açıqlayıb. Qərar Gürcüstanın Aİ-dəki rəsmi nümayəndə heyətlərinin üzvlərinə, Gürcüstanın milli və regional hökumətlərinin üzvlərinə, həmçinin diplomatik pasportlara malik şəxslərə şamil edilib.

Kallas 2024-cü il dekabrın 16-da Aİ-nin Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi dayandırmaq niyyətini açıqlayıb. Gürcüstana qarşı sanksiyaların müzakirəsi ölkədə müxalifətin son prezident seçkilərinin nəticələrindən narazı olması səbəbindən başlayan etiraz aksiyalarının yatırılması ilə əlaqədar başlayıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
11
oxumeni.az

1Mənbələr