AZ

Qırğızıstan və Tacikistan sərhədyanı ərazilərin mübadiləsi barədə razılığa gəliblər

Qırğızıstan və Tacikistan sərhədyanı kəndlərdə torpaq sahələrinin mübadiləsi barədə razılığa gəliblər.

Qırğızıstan və Tacikistan sərhədyanı kəndlərdə torpaq sahələrinin qarşılıqlı mübadiləsi barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

Japarobun sözlərinə görə, dövlətlər arasında sərhəd məsələsi praktiki olaraq həll olunub. Hazırda ikitərəfli sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan arasında təxminən min kilometr uzunluğunda olan sərhəd vaxtaşırı iki ölkənin sərhədçiləri ilə yerli sakinlər arasında qarşıdurmalara səbəb olurdu. Buna səbəb dövlətlər arasında sərhədin harada olduğunu dəqiq müəyyən etmək mümkün olmayan bölünməmiş ərazilər idi. Ötən il dekabrın əvvəlində Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev tacikistanlı həmkarı Saimumin Yatimovla görüşündən sonra bildirmişdi ki, Bişkek və Düşənbə nəhayət ki, iki ölkə arasında dövlət sərhədinin mübahisəli hissələrini razılaşdırıblar. 

Seçilən
11
6
operativmedia.az

5Mənbələr