AZ

USAID-in 50-dən çox dövlət qulluqçusu inzibati məzuniyyətə göndərilib

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 50-dən çox dövlət qulluqçusu inzibati məzuniyyətə göndərilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

"USAID-də prezidentin icra fərmanlarının yerinə yetirilməsindən yayınmağa yönəlmiş bir sıra hərəkətlər qeydə almışıq. Bununla əlaqədar olaraq həmin hərəkətlərin yoxlanılması başa çatanadək USAID-in bəzi əməkdaşlarını tam maaş və güzəştlər saxlanılmaqla növbəti bildirişə qədər inzibati məzuniyyətə göndərmək qərarına gəldik", - USAID-in hazırkı rəhbəri Ceyson Qreyin elektron məktubunda deyilir.

Telekanalın məlumatına görə, USAID əməkdaşlarına bu qərar barədə ötən gün məlumat verilib.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dərhal dayandırılması barədə sərəncam verib.

İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək. Eyni zamanda, qəzetin mənbələri bildirib ki, görülən tədbirlər böyük ehtimalla Ukrayna, İordaniya və Tayvan adasına yardımın dayandırılmasına səbəb olacaq.

Seçilən
24
7
report.az

10Mənbələr