“Microsoft” “TikTok”u ala bilər
ABŞ Prezidenti Donald Tramp “Microsoft”un Çinin “ByteDance” şirkətindən “TikTok” qısa videolarının yaradılması və baxılması xidmətini almaqda maraqlı olduğunu bildirib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tramp Ağ Evin mətbuat hovuzunun müxbirlərinə “Microsoft”un “TikTok” almaqda maraqlı olması ilə bağlı suala müsbət cavab verib.
Tramp həmçinin “TikTok”a böyük maraq olduğunu əlavə edib. Ancaq o, bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.
Digər tərəfdən, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və “X” şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur.