AZ

Fransa immiqrantlar üçün qaydaları sərtləşdirir

Fransanın daxili işlər naziri Bruno Retaillot ölkədə yaşayan immiqrantların leqallaşdırılması ilə bağlı 2012-ci ildə sələfi Manuel Vals tərəfindən qoyulmuş qaydaları sərtləşdirib.    Manset.az xəbər verir ki, bu barədə “Kommersant”ın Fransadakı müxbiri Aleksey Tarxanov məlumat verir. Onun sözlərinə görə, Retaillot miqrasiya siyasəti məsələlərinə sərt yanaşır. O, dəfələrlə bəyan edib ki, qeyri-qanuni miqrasiya üçün qanunvericilik stimullarına son qoymaq lazımdır. Versalda keçirilən mətbuat konfransında nazir vurğuladı: "Fransızlar nizam-intizam gözləyirlər və mən onlara zəmanət vermək niyyətindəyəm". Ən əhəmiyyətli dəyişikliklər torpaq qanunu adlanan prinsiplərə yenidən baxılması ilə bağlıdır. Xüsusilə, Fransada doğulmuş uşaq üçün Fransa pasportu almaq istəyən əcnəbi valideynlərə daha sərt şərtlər tətbiq edilir.

Retayo tərəfindən təklif olunan yeni qaydaya əsasən, valideynlər qanuni olaraq ən azı bir il ölkədə olmalıdırlar. Yalnız bu halda onların övladı vətəndaşlıq üçün müraciət edə biləcək.

Seçilən
2
3
manset.az

4Mənbələr