Olavio Juninyonu 5 milyon avro qarşılığında “Flamenqo”ya satan “Qarabağ” daha bir futbolçusunu itirə bilər.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, söhbət Elvin Cəfərquliyevdən gedir.
Belə ki, Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın müdafiəçisi üçün təklif göndərib.
2023-cü ilin yayında Kvabena Ovusunu “Qarabağ”dan transfer etmiş “Ferentsvaroş” bu dəfə millimizin müdafiəçisinin xidmətində maraqlı olduğunu bildirib.