ABŞ Ədliyyə Nazirliyi ABŞ Prezidenti Donald Trampa qarşı cinayət təhqiqatlarında iştirak edən bir çox əməkdaşın işinə xitam verdiyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, nazirlik keçmiş xüsusi prokuror Cek Smitin komandasındakı bir çox prokurorun işdən çıxarıldığını qeyd edib. Qərar nəticəsində işdən çıxarılanların adları hələ açıqlanmayıb.
İşdən çıxarılmaların baş prokurorun müavini Ceyms MakHenri tərəfindən edildiyi bildirilib. Ədliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi, “Bu gün Baş prokuror vəzifəsini icra edən Ceyms MakHenri Trampın məhkəməsində mühüm rol oynayan bəzi Ədliyyə Departamenti məmurlarının işinə xitam verdi”,- deyib.