AZ

28 yanvar - Məlumatların Mühafizəsi Günüdür

Hər il 28 yanvar Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur.Missiya.Az xəbər verir ki, 1981-ci ilin məhz bu günündə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya imzalayıb.Konvensiya şəxsi məlumatların qorunması sahəsində insan hüquqlarının müdafiəsi mexanizmlərini müəyyənləşdirən və “fərdi məlumatlar” anlayışının tərifini verən ilk beynəlxalq sənəddir. Azərbaycan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiyanı 2009-cu ildə müvafiq bəyanatlarla ratifikasiya edib. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca hüquqi sənəd – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Fərdi informasiyalardan bir çox yerdə: Dövlət idarəçiliyində, tibb və təhsil sahələrində, alış-veriş və səyahət zamanı, internet və mobil telefon xidmətlərindən istifadə edirik, lakin çox diqqətli olmalıyıq. Texnoloji yeniliklərin baş verdiyi 21-ci əsrdə kibercinayətkarların sayı, onların yaratdıqları yeni metodlar da çoxalır. Tez-tez belə xəbərlər eşidirik. Son günlər də bu hallar artıb. İnsanların şəxsi məlumatları oğurlanır, nüfuzlarına xələl gətirilir, pul vəsaitləri ələ keçirilir və s.Aidiyyatı qurumlar sözgedən neqativ hallara qarşı hər zaman xəbərdarlıq edir, maarifləndirici informasiyalar paylaşırlar. Fərdi informasiyaları heç kimlə bölüşməyin, saxta linklərə keçid etmək yolverilməzdir, bilinməyən nömrələrdən gələn mesajlara cavab verməyin, sosial şəbəkə hesablarınızın, proqramların şifrələrini mütəmadi şəkildə yeniləyin və s.Zərintac MayisqızıMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr