1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransanın "Lion" klubu baş məşqçi Pyer Sajla yollarını ayırıb.
Oxu.Az "Lequipe"yə istinadən xəbər verir ki, bu qərara səbəb komandanın son matçlardakı nəticələridir.
Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.
Mətbuatda yayılan məlumata görə, bu vəzifəyə əsas namizədlərdən biri əvvəllər "Milan"a rəhbərlik etmiş portuqaliyalı mütəxəssis Paulo Fonsekadır.
Qeyd edək ki, Pyer Saj 2023-cü ildən bəri "Lion"a rəhbərlik edirdi.