AZ

İran hərbi təlimləri niyə intensivləşdirib?

İran son zamanlar hərbi təlimlərinin sayını artırmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, son bir ayda 4 böyük təlim keçirən Tehran, bununla bir neçə məqsədini həyata keçirməyə çalışıb.

Qeyd edək ki, hərbi təlimlərin artmasına səbəb İsrailin ötən payız İrana sərbəst şəkildə daxil olaraq, aviasiya ilə zərbə endirməsidir. Belə ki, həmin vaxt özünün havadan müdafiə sisteminə ciddi şəkildə güvənən molla rejimi, bunun əksini gördükdən sonra qorxuya düşmüşdü.

Bunun ardından hərbi təlimlərə start verməsi, habelə həmin təlimlərdə əsasən havadan müdafiə sistemlərini yenidən yoxlaması, habelə quru qoşunlarının döyüş qabiliyyətini artırmaq cəhdləri də təsdiq edir ki, bütün bunlar boşluqları doldurmaq məqsədi daşıyıb.

Digər maraqlı məqam isə odur ki, bu təlimlər əsasən iki istiqamətdə reallaşdırılır. Onlardan biri Fars körfəzində dəniz qüvvələrini əhatə edir. Bu onunla bağlıdır ki, İran Qərbin İraq üzərindən və okeandan hücum edəcəyini düşünür. İkincisi isə Xorasan istiqamətidir ki, burada da Pakistan və Əfqanıstan yerləşir ki, Tehranın da bu iki ölkə ilə münasibətləri heç də normal deyil.

Seçilən
14
tribunainfo.az

1Mənbələr