AZ

Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı - TƏCİLİ

İranın Qəzvin əyalətindəki cümə imamı və İran rəhbərinin Qəzvindəki nümayəndəsi Əbdülkərim Abidini, Azərbaycan dövlət rəhbərinə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbilə vəzifəsindən kənarlaşdırılıb.

İran mediası bu xəbəri təsdiqləyərək, onun vəzifədən uzaqlaşdırıldığını bildirib. Ancaq İran hökumətinə məxsus rəsmi saytlar hadisəni “öz istəyilə istefa verib” kimi təqdim etməyə çalışıb.

Hadisədən bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi, İranın Bakıdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq Qəzvinin cümə imamının və digər bəzi hökumət rəsmilərinin antiazərbaycan çıxışlarını pisləyib. Nazirlik bu addımları qəbuledilməz hesab etdiyini vurğulayıb.

Bu hadisə Azərbaycan-İran münasibətlərində mövcud gərginliyi bir daha gündəmə gətirib. Qəzvin imamının çıxışı İran-Azərbaycan diplomatik əlaqələrində yeni gərginlik ocağı yaradıb.

Seçilən
11
5
bakuinfo.net

9Mənbələr