Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə telefon danışığı aparıb.
Məlumatı “Anadolu” verib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fidan və yunanıstanlı həmkarı Gerapetritis arasında telefon danışığı zamanı qarşıdan gələn Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq müzakirə olunub.
Söhbət zamanı nazirlər beynəlxalq və regional hadisələri də müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ