AZ

Əsəd cinayət dəlillərini belə məhv edib

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədlə bağlı araşdırmalar davam edir.

Publika.az xəbər verir ki, Suriyadakı cinayətləri araşdıran BMT-nin Suriya üzrə Qərəzsiz və Müstəqil Beynəlxalq Mexanizminin rəhbəri Robert Petit Əsədin törətdiyi cinayətlərə dair sübutları məhv etdiyini bildirib.

“Onların bir çoxunun rejim süqut etmədən və qaçmadan əvvəl dəlilləri məhv etdiklərini bilirik. Yandırılmış sənədlərin hissələri, sınmış disklər var. Aydındır ki, bu sübutların çoxunu məhv etmək cəhdi olub, lakin hələ də orada çoxlu dəlillər var”, - deyə o qeyd edib.

Petit cinayətlərə dair sübutların olduğu ərazilərə birbaşa daxil ola bilmədiklərini, bunun üçün müvəqqəti Dəməşq hökumətindən icazə istədiklərini vurğulayıb.

Seçilən
15
3
publika.az

3Mənbələr