AZ

Ekzoskop cihazı vasitəsilə bir neçə cərrahi əməliyyat icra olunub

Respublika Neyrocərrahiyyə Xəstəxanasında

TƏBİB müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.

Məlumatı TƏBİB paylşaıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə ekzoskop cihazı vasitəsilə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində cərrahi əməliyyatların icrasına başlanılıb.

Tibb müəssisəsi icbari tibbi sığorta fondunun maliyyə mənbəyi hesabına tibbi texnologiyanın ən müasir avadanlıqlarından biri olan ekzoskop cihazı ilə təchiz olunub. Ekzoskop cihazının yardımı ilə əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Belə ki, əməliyyatlar daha az travmalı olduğundan xəstəxanada yatış müddəti azalır, eyni zamanda əməliyyatdan sonra bədəndə kobud kəsik, çapıq və s. izlər qalmır.

Xəstəxananın Spinal neyrocərrahiyyə şöbəsinin müdiri, həkim-neyrocərrah Rasim Quliyev tərəfindən 1 (L4-L5 fəqərəarası disk yırtığı), Baş-beyin neyrocərrahiyyə şöbəsinin həkim-neyrocərrahı Elşən Hüseynzadə tərəfindən isə sözügedən cihaz vasitəsilə artıq 2 (beyin şişinin xaric olunması) əməliyyat icra olunub. Əməliyyatların hər biri uğurla başa çatıb və müvafiq şöbələrdə zəruri tibbi xidmətlər göstərilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir., deyə məlumatda vurğulanıb.

Seçilən
9
41
medicalmedia.az

10Mənbələr