AZ

Şimali Koreya Rusiyaya artilleriya sistemləri və ballistik raketlər göndərir


2025-ci ildə Şimali Koreya Rusiya ordusuna ən azı 150 ədəd KN-23 qısa mənzilli ballistik raket, o cümlədən yüzlərlə artilleriya sistemi və digər hərbi texnika göndərəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The War Zone” nəşrinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
Onun sözlərinə görə, Şimali Koreya son üç ay ərzində Rusiyaya təxminən 120 ədəd 170 millimetrlik “M1989 Koksan” özüyeriyən artilleriya qurğusu və 120 ədəd 240 millimetrlik M-1991 reaktiv yaylım atəşi sistemi tədarük edib və ehtimal ki, gələcəkdə ən azı bu qədər tədarük edəcək.
Budanov qeyd edib ki, artilleriyadan əlavə, Pxenyanın 2025-ci ildə Moskvaya daha 150 ədəd KN-23 qısa mənzilli ballistik raket göndərəcəyi gözlənilir. Onun sözlərinə görə, ötən il Rusiya təxminən bu qədər belə raket alıb.
Bundan əlavə, Şimali Koreya 2025-ci ilin mart ayının ortalarına qədər Rusiyada yeni hərbi kontingent yerləşdirməyi planlaşdırır.
“Artilleriya həm Şimali Koreya, həm də Rusiya əməliyyatlarını dəstəkləmək üçün istifadə olunur, raketlər isə yalnız Rusiya əməliyyatları üçün nəzərdə tutulub”, - Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.
Seçilən
6
4
yeniavaz.com

5Mənbələr