Bir neçə məşhur həbs olunan prodüser Ayşe Barıma dəstək olub.
OLAY yazır ki, Merve Dizdar, Pınar Deniz, Ceyda Düvenci və Hande Erçel menecerin azadlıqdan məhrum edilməsinə reaksiya verib.
Pınar illərdir birgə çalışdığı prodüserin həbs xəbərini “Anlamıram” şərhi ilə paylaşıb.
Hande A. Barım la fotolarını “Ayşem” rəyi ilə izləyiciləriylə bölüşüb.
Ceyda isə həbs xəbərinin ardından “Qaranlıq” yazaraq paylaşım edib.
Bundan əlavə, M. Dizdar meneceri ilə şəklinə “Bədbəxtlik, inciklik, inamsızlıq, hissizlik, boşluq... Bunların hamısını bir arada yaşadığım nadir günlərdəyəm. Səni çox sevirəm, çox” sözlərini yazıb.