ABŞ hökuməti Ukrayna qaçqınları üçün nəzərdə tutulan dəstək proqramını rəsmən dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinin rəsmi saytında yerləşdirilib.
Qeyd olunur ki, artıq maliyyə yardımı üçün yeni müraciətlər qəbul edilmir.
Bu qərar 20 yanvar 2025-ci il tarixində imzalanan “Sərhədlərin Təhlükəsizliyinin Təmin Edilməsi haqqında Fərman” ilə əlaqədar qəbul edilib.
“The Washington Post” xəbər verir ki, Tramp administrasiyası bu fərman çərçivəsində bütün federal qrantları dondurmağa başlayıb.
Bu qərar ABŞ-da yaşayan Ukrayna qaçqınları üçün ciddi narahatlıq yaradıb. Sığınacaq axtaranların və müharibədən qaçan ukraynalı ailələrin böyük bir hissəsi artıq dəstəkdən məhrum qalacaq. Ekspertlər bu addımın humanitar böhranı daha da dərinləşdirəcəyini və qaçqınlar arasında çarəsizlik hissini artıracağını vurğulayır.
Tramp administrasiyasının bu qəfil qərarı beynəlxalq miqyasda tənqidlərə səbəb olub. İnsan hüquqları təşkilatları ABŞ hökumətini Ukrayna müharibəsindən təsirlənən qaçqınlara qarşı daha ədalətli və insani yanaşmaya çağırır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta