AZ

TƏBİB-dən doğuş zamanı vəfat edən körpəylə bağlı açıqlama

1996-cı il təvəllüdlü Narxanım Həkimova İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında doğuş edərkən körpə ölümü qeydə alınıb.

Bununla bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 23 yanvar tarixində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü şəxs hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə müraciət edib. Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşaq dünyaya gəlib:

“Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin 24 yanvar yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”.


Müəllif: Şəbnəm Zahir
Seçilən
7
teleqraf.com

1Mənbələr