AZ

"Microsoft" TikTok-u almaqda maraqlıdır

"Microsoft" TikTok-u almaqda maraqlıdır

“Microsoft” korporasiyası Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videoların yaradılması və baxılması xidmətini almaqda maraqlıdır.AFN.az xəbər verir ki, jurnalistlərin bununla bağlı sualına cavabında ABŞ prezidenti Donald Tramp bildirib. “TikTok-a böyük maraq var” - deyə ABŞ prezidenti qeyd edib. Lakin o bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.CNBC-nin məlumatına görə, ABŞ administrasiyası TikTok səhmlərinin 50%-ni almaq üçün potensial iddiaçılar axtarır. Əsas iddiaçılar İlon Mask və "Oracle"ın rəhbəri Larri Ellisondur.ABŞ-ın əvvəlki prezidenti Co Bayden 2024-cü ildə Çinin ByteDance korporasiyasını 19 yanvar tarixinə qədər TikTok-u ABŞ-da satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ölkədə platformanın bloklanmasını gecikdirmək məqsədi daşıyan sərəncam imzalayıb.

Seçilən
10
13
afn.az

10Mənbələr