"Azəristiliktəchizat” ASC-nin balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi 200 obyektin istiliklə təchizatını yaxşılaşdıracaq.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bunlar 126 bina, 6 məktəb, 4 bağça, 2 səhiyyə obyekti və 62 digər sosial obyektlərdir.
Xatırladaq ki, 2024-2025-ci illər payız-qış mövsümündə 52 yaşayış binası, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyektə xidmət göstərən 5 qazanxana müasir tipli avadanlıqlarla təchiz olunaraq istismara hazır vəziyyətə gətirilib.