BMT Baş katibi Antonio Quterreş, son illərdə Rusiya tərəfindən qeydə alınan nasistlərin qəhrəmanlaşdırılması ilə bağlı faktları əks etdirən məktub alıb. “Ulusum”.az xəbər verir ki, bu barədə Rusiya BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Holokostun qurbanlarını anma günü ilə bağlı keçirilən mərasimdə məlumat verib. Onun sözlərinə görə, Moskva üçün nasizm qurbanlarının, o cümlədən yəhudilərin xatirəsi müqəddəsdir.Nebenzya bildirib ki, Rusiya Holokost və nasistlərin digər cinayətləri, o cümlədən Sovet İttifaqı xalqlarının soyqırımı haqqında həqiqətin qorunmasının ümumi borc olduğuna inanır. O, həmçinin Baş katibdən, aldığı sənədin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası çərçivəsində müzakirəyə çıxarılmasını xahiş edib.Diplomat vurğulayıb ki, Rusiya müasir dünyada nasizmin və neonasizmin bərpa olunması ilə əlaqədar dərin narahatlıq keçirir və hər il BMT Baş Assambleyasına nasizmin qəhrəmanlaşdırılması ilə bağlı faktları əks etdirən bir qətnamə təqdim edir.Keçən ilin dekabrında BMT Baş Assambleyası, Rusiya tərəfindən təqdim olunan neonasizmin qəhrəmanlaşdırılması ilə mübarizə aparan qətnaməni qəbul edib. Bu sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə səs verib, 10 ölkə isə bitərəf qalıb.Səidə
Diqqət Çəkənlər
HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək
NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı
Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib