AZ

Yeraltı keçiddə ürəkbulandıran mənzərə və üfunət – ŞİKAYƏT + FOTO

Paytaxtın ən mühüm nəqliyyat qovşaqlarından biri olan Sabunçu Dəmiryol Vağzalının yeraltı piyada keçidi uzun müddətdir acınacaqlı vəziyyətdədir.
 
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, belə bir şikayət sosial şəbəkədə müzakirə mövzusu olub.
 
Qeyd olunub ki, uzun müddətdir keçid keçilməz vəziyyətdədir və buna bir çarə edən yoxdur.

Yeraltı keçiddə ürəkbulandıran mənzərə və üfunət - <span style=color:red>ŞİKAYƏT + FOTO

“Nə keçiddən gələn üfunət, nə uçub tökülən divar daşları, nə də içində yaranan gölməçə, nədənsə heç kimi narahat etmir”,- deyə şikayətdə bildirilir.
 
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev faktı təsdiqləyib. O qeyd edib ki, ilkin məlumata görə, keçiddə qrunt sularının olduğu müəyyən edilib.

Yeraltı keçiddə ürəkbulandıran mənzərə və üfunət - <span style=color:red>ŞİKAYƏT + FOTO

“Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) müraciət olunub. Təxminən bir ay əvvəl, müraciətimizə əsasən, qurumun nümayəndələri əraziyə baxış keçiriblər. Keçidin bu hala düşməsinin əsas səbəbi nəmişlikdir. Oraya axan qrunt sularının qarşısı tam alınmasa, keçidin təmirinin də bir xeyri olmayacaq, çünki daimi nəmişlik yenə eyni vəziyyəti yaradacaq. Qrunt sularının haradan gəldiyi isə hələlik məlum deyil”, – deyə B.Hacıyev bildirib.
 
İŞBSTX-dən isə bildirilib ki, yeraltı keçidə toplanan su ilə bağlı müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə baxış keçirib.
 
“Ərazidən keçən bütün su və kanalizasiya şəbəkələri yoxlanılıb və qeydə alınıb ki, keçidə yığılan su İŞBSTX-yə məxsus su və kanalizasiya şəbəkələrindən axmır. Baxış zamanı müəyyən olunub ki, həmin sular yeraltı keçidin sökülmüş yan divarlarının aşağı hissələrindən çıxır. Bu da onu deməyə əsas verir ki, həmin sular qrunt sularıdır.
 
Məlumat üçün qeyd edək ki, qrunt suları yeraltı sulardır. Adətən tikinti işləri aparılmazdan öncə ərazidəki qrunt suları ilə bağlı relyefin monitorinqi aparılır”, – deyə məlumatda bildirilib.

Seçilən
5
19
moderator.az

10Mənbələr