Bakı. Trend:
Macarıstan Avropa İttifaqının müvafiq qərarının olmasınabaxmayaraq, Gürcüstandan olan diplomatlar üçün vizasız rejimi ləğvetmək niyyətində deyil.
Trend xəbər verirki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropaİttifaqı XİN rəhbərlərinin toplantısından sonra macarıstanlıjurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, ölkənin gələcəyi ilə bağlı Brüsseldə yox,Gürcüstanda qərar verilməlidir və Brüssel bunu bəyəndi-bəyənmədi,gürcülər artıq qəti qərarlarını veriblər”,- deyə Siyartobildirib.
Qeyd edilir ki, Gürcüstan XİN-dən diplomatik vizalarınverilişinin dayandırılmasının “texniki bir qərar” olduğunuvurğulayıb.
“Biz Avropa İttifaqı Şurasının bu qərarını hansı ölkələrin icraedəcəyini izləyəcəyik. Bizim üçün Avropa İttifaqı ilə daha genişaspektdə münasibətlərin olması çox vacibdir”, - nazirliyinbəyanatında deyilir.
Xatırladaq ki, yanvarın 27-də Avropa İttifaqının xarici işlərnazirləri diplomatik pasport daşıyan gürcüstanlı siyasətçilərin vəvəzifəli şəxslər üçün vizasız rejimin ləğv edilməsi ilə bağlıqərarı təsdiqləyiblər. Gürcüstanlı diplomatik pasport daşıyıcılarıeyni zamanda viza üçün daha az sənəd, daha az rüsum və ərizələrəqısamüddətli baxış kimi güzəştlərdən məhrum olublar.