AZ

Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində istintaq aparılır

Türkiyədə barəsində "Gezi Park"ı hadisələrinin planlaşdırıcılarından biri olduğu iddiası ilə istintaq aparılan Ayşe Barımın menecerlik etdiyi məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu da polisə çağırılıblar.

7News.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə İstanbul Baş Prokurorluğu xəbər yayıb.

Bildirilir ki, Barımın menecerlik etdiyi səkkiz aktyor, o cümlədən Halit Ergenç, Bergüzar Korel, Nehir Erdoğan, Dolunay Soysert, Rıza Kocaoğlu, Mehmet Günsür, Ceyda Düvenci və Nejat İşler şahid qismində ifadə veriblər.

Onların arasında Halit Ergenç və Rıza Kocaoğlu haqqında "yalançı şahidlik" ittihamı ilə istintaq başlanılıb. Belə ki, adıçəkilən aktyorlar müstəntiqlərə "Gezi Parkı" etirazlarına öz iradələri ilə qatıldıqlarını söyləmələrinə baxmayaraq, hadisələr başladığı dövrdə Barım ilə sıx əlaqədə olduqları müəyyən edilib. Bununla yanaşı, onların Barımı qorumaq məqsədilə yalan ifadə verdikləri qənaətinə gəlinib.

Ergenç və Kocaoğlunun o dövrdə Memet Ali Alabora ilə birlikdə aksiyada iştirak etdiklərini iddia etmələrinə baxmayaraq, prokurorluq bu əlaqələrin müəyyən edilməməsi səbəbindən "yalançı şahidlik" araşdırmasına başlayıb.

İstintaqa görə, Ayşe Barım "Gezi Parkı" etirazları başladığı dövrdə müxtəlif aktyorlarla - Halit Ergençlə 12, Selma Ergeçlə səkkiz, Bergüzar Korellə yeddi, Ceyda Düvenci ilə beş, Dolunay Soysertlə 10 və Rıza Kocaoğlu bir dəfə görüşlər keçirib.

Prokurorluq Barımın agentliyindəki aktyorlarla birlikdə etirazlara qatılaraq kütləviliyi artırmağa çalışdığını iddia edib.
 
 

Seçilən
14
1
7news.az

3Mənbələr