AZ

"Nə pulumu qaytarır, nə də maşını sürmək üçün etibarnamə vermir"

Sadıxov Tural Natiq oğlu tərəfindən saytımıza şikayət daxil olub.
Moderator.az xəbər verir ki, şikayətçinin verdiyi məlumata görə, 14 yanvar 2025-ci il tarixində Məmmədov Təhməz Rüstəm oğlu Nəsimi rayonu 43 saylı notariat kontorunda 11,000 AZN qarşılığında "Mersedes Benz" markalı avtomobili Sadıxov Tural Natiq oğluna satıb. Həmçinin, alqı-satqı əsasında etibarnamə (generalni davernost) rəsmiləşdirilib. Lakin şikayətçi bildirib ki, 21 yanvar 2025-ci ildə Məmmədov Təhməz onun xəbərdar olmadan etibarnaməni ləğv etdirib. O, əlavə edib ki, o gündən etibarən nə pulunu geri alıb, nə də avtomobili sürmək üçün etibarnamə təqdim edilir. Sadıxov Tural həmçinin qeyd edib ki, texniki pasportda adı qeyd olunan Yunusov Məmməd Hümmət oğlu ilə Məmmədov Təhməz Rüstəm oğlu əlbirdirlər. Bu məsələnin araşdırılması məqsədilə 19-cu polis bölməsinə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb. 
Sadıxov Tural ailəsinin çətin vəziyyətdə olduğunu bildirib.
 "Atam insult xəstəsidir, anam ikinci qrup əlildir, qardaşım polis baş serjantı olub və avtoqəzada vəfat edib. Mənim də iki məktəbli övladım var, onlara baxmalıyam", - deyə o vurğulayıb.
Tural Sadıxov hüquq-mühafizə orqanlarından məsələ ilə bağlı ciddiyyətlə maraqlanmasını və qanuni tədbirlər görülməsini tələb edir.
 
Seçilən
9
23
moderator.az

10Mənbələr