Bakı. Trend:
Ötən il Azərbaycan 368,9 milyon ABŞ dolları dəyərində 393,3 minton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədədəyər ifadəsində 91,9 milyon ABŞ dolları və ya 19,9%, həcmifadəsində isə 105 min ton və ya 21,1% azdır.
Ötən il sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında1,39%, qeyri-neft sektoru üzrə ixracında isə 10,99% paya sahibolub.
Eyni zamanda 2024-cü il ərzində Azərbayacanda 533,2 milyon ABŞdolları dəyərində 294,5 min ton plastmassa və onlardan hazırlananməmulatlar idxal edilib ki, bu da 2023-cü ildəki göstəricilərləmüqayisədə dəyər ifadəsində 9,7 milyon ABŞ dolları və ya 1,9%, həcmifadəsində isə 6,6 min ton və ya 2,3% çoxdur.
Qeyd edək ki, ötən il sözügedən məmulatların idxalı ölkəninümumi idxalının 2,53%-ni təşkil edib.