AZ

Üç, yeddi, cümə axşamları OLMAYACAQ

İsmayıllı rayonunda yas mərasimlərində cümə axşamlarının ləğv olunması ilə bağlı yayılan məlumat sosial şəbəkələrdə geniş rezonans doğurub. Bu qərarı dəstəkləyənlər olduğu kimi, adət-ənənələrə uyğun olmadığını deyərək narazılıq bildirənlər də var.

İsmayıllı Rayon İcra Hakimiyyəti yayılan xəbərlərə rəsmi mövqe bildirərək, bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov bildirib ki, rayonun ağsaqqalları və ziyalıları yas mərasimlərinin təşkili ilə bağlı müraciət ediblər. Tövsiyələrdə əsas məqsəd yas sahibinin üzərinə düşən maddi yükü azaltmaq və mərasimləri şəriət qaydalarına uyğun sadə şəkildə keçirməkdir.

Bu tövsiyələrə əsasən:

Vahid formada çadır qurulması tövsiyə edilib.Yas süfrəsində yalnız çay təqdim olunması təklif olunub.

Hədəf: Cəmiyyətin sosial həmrəyliyini artırmaq və israfçılığın qarşısını almaqdır.

Dini baxımdan yas mərasimləri necə olmalıdır?

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Kövsər Tağıyev bu məsələyə dini baxımdan aydınlıq gətirib:

İslamda yas müddəti üç gün olaraq təyin edilib.Yas mərasimlərinin məqsədi ölünün ruhuna dua etmək, yaxınlarına təsəlli verməkdir.Əlavə olaraq, ailənin maddi yük altına düşməməsi üçün qonşuların və yaxınların kömək etməsi tövsiyə olunur.Ehsan süfrələri dini baxımdan vacib deyil və israfçılığa səbəb olmamalıdır.

Mütəxəssislər hesab edir ki, yas mərasimlərinin sadələşdirilməsi yalnız dini qaydalara deyil, həm də sosial ədalətə uyğundur. Bu, həm ailələrin maddi yükünü azaldır, həm də cəmiyyətdə həmrəyliyi gücləndirir.

Seçilən
4
11
bakuinfo.net

10Mənbələr