AZ

İngiltərənin ən qədim meyxanalarından biri bağlanıb - ÖZƏL

İngiltərənin Şimali Yorkşir qraflığında 460 ildir fəaliyyət göstərən ən qədim meyxanalardan biri bağlanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə The Drinks Business məlumat yayıb .

Windmill Inn meyxanası 1564-cü ildə Kraliça I Yelizavetanın hakimiyyəti dövründə Linton kəndində açılıb. Nəşr qeyd edir ki, son bir neçə ildə müəssisə "ağır günlər keçirib".

"Hazırda kirayəçilər ilə müqavilə başa çatıb. Onlar sadəcə davam etmək istəmədilər "dedi meyxananın baş meneceri.

Yeni kirayəçilər tapıldıqdan sonra müəssisənin yenidən açıla biləcəyi güman edilir.

Əvvəllər bildirilmişdi ki , Böyük Britaniyada qar fırtınası səbəbindən otuz nəfərə yaxın adam dağlıq meyxanaya girib. Onlar müəssisədə bir neçə gün qalmalı olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
50
olaylar.az

10Mənbələr